Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


19.06.2022  15:15 

“Saakaşvili ölür“ - Polşa rəsmisi





A+  A-

"Bir nəfər oliqarxın istəyi əsasında sabiq prezident Mixeil Saakaşvili bütün dünyanın gözü qarşısında ölür".

XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Polşa Seyiminin vitse-sədri Malqorzat Qoşievska bildirib.

Polşa rəsmisinin sözlərinə görə, həbsdə saxlanılan sabiq prezidenti ziyarət etmək istəsə də, ona icazə verilməyib. O əlavə edib ki, Avropa Parlamnetinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi barədə çağırışlarını sonunadək dəstəkləyir:

"Dünən müxalifət partiyalarının nümayəndələri ilə görüşdüm. Onların hər biri Gürcüstana namizəd statusunun verilməsini tam şəkildə dəstəkləyir. Bəyan etmək istəyirəm ki, bir oliqarxın təvazökarlığı, nifrət dili və Rusiya yönümlü əhval-ruhiyyəsinə görə bütün xalqı cəzalandırmaq olmaz. Buna görə də Avropa Parlamentinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsinə çağırış barəsindəki qətnaməsini tam şəkildə dəstəkləyirəm.

Beynəlxalq həkimlərdən ibarət qrupun Mixeil Saakaşvilinin yanına buraxılmaması, onun müalicə üçün aparılmaması tamamilə barbar bir davranışdır. Polşa beynəlxalq platformlarda bir neçə dəfə Saakaşvilini qəbul etməyə razılığını və hazır olduğunu bildirib. Bir nəfər oliqarxın istəyi əsasında sabiq prezident bütün dünyanın gözü qarşısında ölür".

Polşa rəsmisi deyib ki, hakimiyyət Saakaşvilinin müalicə olunmasına icazə vermir, bunun arxasında Rusiya ilə əlaqələri yaxşı bilinən oliqarx Bidzina İvanişvili dayanır./Modern.az 



Xəbər 1598 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +