Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


23.11.2017  13:57 

Deputat qanpulu və pensiya ilə bağlı məsələ qaldırdı





A+  A-

“Dövlət borcları və yığım əmsalı çox böyükdür.Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər ehtiyatı var ki, yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, 2016-ci ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard yüz milyonu keçib. Bu Əmək Nazirliyi tərəfindən araşdırılmalıdır”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, qanpulu ilə bağlı əlillər tərəfindən kifayət qədər müraciətlər daxil olur.

“Mən qanpulunun ödənilməsi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla, komitə sədri ilə də danışmışam. Hətta cənab sədr tərəfindən müvafiq sənədlər də Nazirlər Kabinetinə göndərildi. Çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb. Bizi bu məsələyə görə çox narahat edirlər. Bu məsələnin məbləğinin böyük olduğunu bilirəm. Ona görə də hökumətdən xahiş edrəm ki, bu məsələyə baxsın. Mən demirəm ki, bu vəsait birdən-birə ödənilsin. Müəyyən ardıcıllıqla həll edilsin. Onsuz da biz bu məsələni nə vaxtsa həll etməliyik”.

V.Əhmədov həmçinin sanatoriya və kurort müalicəsi ilə bağlı vəsaitlərin artırılmasını təklif edib. “

“Həmkarımız Səttar Mehbalıyev də bu məsələyə toxunmuşdu. Keçən il də biz bu məsələni qaldırmışdıq.

Dövlət büdcəsindən Həmkarlar İttifaqına təxminən 20 milyon manat vəsait ayrılıb. Amma müraciətlər həddən artıq çox olduğu üçün bu rəqəmə də baxmağı xahiş edirəm”.

Deputat qeyd edib ki, Azərbaycanda pensiya islahatlarına faktiki olaraq bir neçə ildir ki, başlanılıb. “2017-ci ildən artıq bu islahat həyata keçirilir. İslahatın müəyyən müsbət nəticələri olmaqla yanaşı,bir sıra mənfi nəticələri də var. Pensiya islahatları nəticəsində yığımda təxminən 16 min manat yığılmalıdır ki, sonradan pensiya alarkən 110 manat ala biləsən.

Amma onları yığa bilməyən insanların taleyi isə çox ciddi məsələdir. Çünki o insanlara pensiya verilmir, müavinət verilir. Həmin müavinətlərin məbləği çox aşağıdır. Mənim aldığım məlumata görə təxminən 60,70, 80 manatdır. Bu çox ciddi məsələdir. Biz “Pensiya təminatı haqqında” qanunu qəbul edərkən də bu məsələyə toxunmuşuq. Bu insanların problemləri diqqət mərkəzində olmalıdır”.

Xəbər 1548 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +