Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


03.02.2017  12:18 

Xəzərin icra başçısı Eldar Mahmudova nələr bağışlayıb? - Sensasion faktlar





A+  A-


Paytaxtın Xəzər rayon icra başçısı Gülağa İslamovun qanunsuzluqları növbəti dəfə ifşa edilib.

İcra hakiminin MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb. 

Məlum olur ki, G.İslamov imzaladığı qanunsuz sərəncamlarla E.Mahmudova torpaqlar, restoranlar, ərazilər ənam verib. MTN işində adı keçməyən və himayə olunan Xəzərin icra başçısının əməlləri vəkil Ramiz Zeynalov tərəfindən faş olunub.

Vəkilin “Yeni Müsavat” qəzetinə irihəcmli müraciətində sensasion faktlar açıqlanıb. Siyahını təqdim etməzdən qabaq bildirək ki, G.İslamovun bu qərarları barədə araşdırma aparılsa, məsuliyyətə cəlb oluna bilər. 

R.Zeynalov yazıb ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi var imiş. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib. 

2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi də icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir. 

Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb. 

1995-ci il tarixdən Gülağa İslamov o zaman Əzizbəyov, indi isə Xəzər adlanan bu rayona başçılıq edir. 

Onun nə vaxta kimi bu rayona rəhbərlik edəcəyi məlum deyil. Ancaq icra başçısının yaxın adamlarının yanında “Əliyevlər nə qədər ki, hakimiyyətdədir, mən də bu rayonun sahibiyəm”- deməsi haqqında şaiyələr gəzir. 

Vəkil isə məktubda daha müdhiş faktlar açıqlayıb. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq E.Mahmudova verilib. 

2015-in may ayında Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb.

Xəzər RİH-nin İctimai-Siyasi Humanitar Məsələr Şöbəsinin müdiri Gülbala Qurbanovo zaman mətbuata deyib ki, Gülağa İslamov PA-ya çağırılıb, məsələ həllini tapıb. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

(politika.az)



Xəbər 1770 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +