Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


04.01.2022  15:55 

“Ərim məni döyürdü, nəslimi söyürdü“ - FOTO





A+  A-

Azərbaycanlı müğənni İlahə İbadova şəxsi həyatı ilə gündəmə gəlib.

XəzərNews.az xəbər verir ki, sənətçi müsahibələrindən birində ayrıldığı həyat yoldaşından danışıb. İbadova ərinin ona şiddət göstərdiyini, hamilə olanda belə onu döydüyünü deyib:

"2009-cu ildə ailə həyatı qurdum. Uşağım 4 aylıq olanda məcburən boşandım. Hazırda qızım Ayanın 5 yaşı var. O vaxt evimizə çox elçilər gəlirdi. Musiqiçi olduğum üçün müğənni ilə ailə həyatı qurdum. Ailəm buna razı deyildi. Sadəcə düşündüm ki, məni başa düşəcək. Ailə qurduqdan sonra gördüm ki, bunların istəyi başqadır. Tez-tez məni döyürdü.

Bir dəfə də verilişdən çıxanda maşında döymüşdü. Televiziyada işləyən operatorladan biri məni onun əlindən aldı. Hamilə olanda da məni vururdu. Qucağımda uşaqla da yenə də döyürdü. Hər gün bütün nəslimi söyürdü. Axırda ondan bezdim və ayrıldım”.

Qeyd edək ki, İbadova 13 il əvvəl özü kimi musiqiçi olan Mirsalehlə ailə həyatı qurub./BAKU.WS

Xəbər 1648 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +