Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


17.02.2017  12:28 

Nazirdən sərt addım - Şöbə və müəssisə rəhbərlərinə xəbərdarlıq edildi





A+  A-


Ekologiya və Təbii Sərvətlər Nazirliyində prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası, ötən ildəki fəaliyyət ilə bağlı kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən xəbərə görə, kollegiya iclasında nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, qazanılmış nailiyyətlər, xüsusən son bir ildə hidrometeorologiya sahəsində texniki-təchizat bazasının büdcədənkənar vəsaitlər hesabına daha da müasirləşdirildiyi və qarşıda duran vəzifələr barədə danışıb.

İclasda "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Meşələrin İnkişafı Departamentinin hesabatları dinlənilib. Yaşıllaşdırma sahəsində, meşələrin mühafizə və bərpasında, artırılmasında ölkə prezidentinin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli kol və bitkilərin, aqro meşə sahələrinin salınması istiqamətində aparılan işlərlərin nəticələri təhlil edilib, müvafiq tapşırıqlar verilib və 10 gün müddətində yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru ötən ilin yekunları ilə bağlı məlumat verib. Müsbət nəticələrlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad bildirilib. Bütün ərazi idarələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün müddətli göstəriş verilib. Bununla yanaşı, kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib.

Daha sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Milli Geoloji Kəşfiyyat Xidmətinin də 2016-cı ilin yekunları, qarşıda duran vəzifələri barədə hesabatları dinlənilib. Kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını qəbul edib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.



Xəbər 12657 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +