Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi
Bu şirkət sahibinə ölkədən çıxış məhdudiyyəti qoyuldu


22.01.2019  10:29 

Küçədə kişi tapıldı, 10 dəqiqə sonra öldü





A+  A-

Bakıda küçədə vəziyyəti ağır olan naməlum bir nəfər tapılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, 50-55 yaşlı kişi yanvarın 21-də, səhər saat 07 radələrində Qara Qarayev prospektində səkidə tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və 10 dəqiqə sonra reanimasiyada vəfat edib.

Onun əllərində, ayaqlarında, çiyinlərində, sinəsində, kürəyində cəzaçəkmə müəssisəsi jarqonlarına aid döymələr, hər iki qolunun iç səthində köhnəlmiş çoxsaylı kəsiklər aşkar olunub.

Üzərində zorakı xəsarətlər aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər 1464 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +