Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi
Bu şirkət sahibinə ölkədən çıxış məhdudiyyəti qoyuldu


16.05.2017  17:46 

Vəzifəsinin artırılacağını bilə-bilə özünü öldürdü





A+  A-

Bir neçə gün əvvəl 30 yaşlı Elgün Əsədovun Xətai rayonu Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, SOCAR-da geofizika mühəndisi kimi çalışan E.Əsədov hadisədən 3 gün sonra yüksək dərəcə verilməklə, daha yuxarı vəzifəyə təyin olunacaqmış. Bu barədə onun atasının da məlumatı olub və oğluna işinin dəyişdiriləcəyini deyib.

Lakin xeyli vaxtdır depressiyada olan Elgün bu xəbərdən sevinməyib. O, həyat yoldaşı və uşağını bəhanə ilə rayona yola salaraq intihar planı qurub. Hadisə baş verən gün isə Elgün Əsədov bacısı ilə telefonla danışıb və bacısı onun əhvalnın qaydasında olmadığını hiss edib. Bacısı dərhal onun Əhmədlidəki evinə gedib və söhbət etməyə çalışıb. Lakin Elgün fikrindən dönməyib və özünü 16-cı mərtəbədən atıb: “Mənlə danışmazdan bir neçə dəqiqə əvvəl atamla danışıb, deyib özümü öldürəcəm. Mənə də dedi, kimsə gəlsə, qapını açmayacam” - deyə Elgünün bacısı hadisə günündən danışır.

Bildirilir ki, borcu olsa da, onun intiharına sırf psixoloji amillər səbəb olub.

Ailə üzvləri bildiriblər ki, Elgün Əsədov həyatından şikayətlənirmiş, ölkədən çıxıb getmək istədiyini, ümumiyyətlə yaşamaq istəmədiyini deyirmiş.

Qeyd edək ki, E.Əsədov Bakı Dövlət Universitetinin Geologiya Fakültəsinin məzunu olub.

Xəbər 1719 dəfə oxunub.



13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +