Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


03.12.2019  16:29 

DİM müsahibələrin qrafikini müəyyən edib





A+  A-

Dövlət İmtahan Mərkəzi 5 noyabr 2019-cu il tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafikini müəyyən edib.
XəzərNews.az xəbər verir ki, elan üzrə 13 dövlət orqanında mövcud olan 61 vakant vəzifə üzrə 65 yer ümumi müsahibəyə çıxarılıb. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatası, Hüquq va kadr məsələləri şöbəsi, Kadr məsələləri sektorunda məsləhətçi (1 vakant yer üzrə 35 namizəd) və Maliyyə Nazirliyi, Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsi, Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektorunda sektor müdiri (1 vakant yer üzrə 25 namizəd) vəzifələridir.

Müsahibələrin 2019-cu il 9 dekabrdan 2020-ci il 14 yanvarədək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər 1581 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +