Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül
Göyçayda əksər küçələri zibil və pis qoxu bürüyüb - Foto
“Müharibə başlayandan sonra Qarabağa getdim...“ - Köçəryan


07.09.2022  10:02 

İrandan Azərbaycana narkotik keçirmək istədi...





A+  A-

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.

XəzərNews.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, sentyabrın 4-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Dərhal xidməti ərazi qapa­dılıb, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər nəticəsində sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram “marixuana”, 8 qram “metamfetamin”) və 10 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəbər 1493 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +