Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


07.01.2021  14:22 

Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri





A+  A-

Futbol üzrə Azərbaycan çempionatları tarixinin ən məhsuldar legioneri Georgi Adamiyadır.
XəzərNews.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, gürcüstanlı futbolçunun hesabında 61 top var.

Düzdür, onun həmyerlisi Badri Kvaratsxeliya daha çox qola imza atıb. Lakin 71 dəfə rəqib qapılarına yol tapan sonuncu, milliləşdirilərək Azərbaycan yığmasının da şərəfini qoruyub. Milli komandamızda oynamış Riçard Almeyda, Branimir Subaşic, Leandro Qomeş və Ruslan Qurbanovun da daxil edilmədiyi legioner bombardirlər cədvəlində Viktor İqbekoyi ikincidir. Nigeriyalı 50 qola sevinib. İlk üçlüyü braziliyalı Reynaldo Silva qapayır.

Cari mövsümdə Premyer Liqada meydana çıxan əcnəbilərdən yalnız Filip Ozobiç ən məhsuldar 20 legioner arasında yer alıb. 33 qol vuran xorvatiyalı 14-cü yerə şərikdir.

Georgi Adamiya – 61

Viktor İqbekoyi – 50

Reynaldo Silva – 44

Baqali Dabo – 41

Junivan Suares – 40

Fernando Peres – 40

Bahodir Nasimov – 38

Nikolas Kanales – 38

Junior Nildo – 37

Yakuba Bamba – 37

Baçana Sxadadze – 36

Viktor Kulikov – 35

Əhməd Ticani – 34

Dani Kintana – 33

Filip Ozobiç – 33

Anatoli Doroş – 32

Flavinyo – 31

Valter Quqlemon – 30

Viktor Mendi – 29

Vladimir Mazyar – 29

Xəbər 1989 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +