Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül
Göyçayda əksər küçələri zibil və pis qoxu bürüyüb - Foto
“Müharibə başlayandan sonra Qarabağa getdim...“ - Köçəryan
Heydərov İlkin Cəfərovu vəzifəsindən azad etdi
Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib


03.12.2020  20:45 

Tələbələrin nəzərinə!





A+  A-

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək.
Bu barədə XəzərNews.az-a nazirlikdən bildirilib. Qeyd olunub ki, 2020/2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr bu tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Xatırladaq ki, Təhsil Nazirliyi sentyabrın 30-dan https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.

Son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

Xəbər 4502 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +