Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


08.11.2020  20:46 

DİN əhaliyə müraciət etdi





A+  A-

"Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan Şuşa şəhərinin azad olunması ilə bağlı müjdəsi xalqımızın sevincinə səbəb olub. Gün ərzində paytaxt sakinlərinin bu əlamətdar hadisəni qeyd etmələri üçün heç bir məhdudiyyət yaradılmayıb. Küçə və prospektlərdə hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunub".
XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) əhaliyə müraciətində deyilir. Nazirlik paytaxt sakinlərinə komendant saatı ilə bağlı xəbərdarlıq da edib:

"Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikamızda hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir.

Həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik.

Diqqətə çatdırırıq ki, hərbi vəziyyət rejiminə uyğun olaraq tətbiq olunan komendant saatı qaydalarına əməl olunmalı, koronavirus infeksiyasını unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq.

Bir daha vətəndaşlarımızdan qayda-qanunlara, o cümlədən koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən, komendant saatından irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Unutmayaq ki, biz birlikdə güclüyük və Qarabağ Azərbaycandır!".

Xəbər 2155 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +