Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


25.09.2020  17:09 

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq” yeni mövsümə başlayır





A+  A-

Ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü “Nar”ın baş sponsorluğu ilə yenidən start götürür.
XəzərNews.az xəbər verir ki, hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən 16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada yayımlanacaq.

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışacaq. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVİD-19 testindən keçməlidir.

Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Breyn Rinq 2020” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə Nar.az səhifəsindən tanış ola bilərsiniz.

Xəbər 2293 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +