Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


11.09.2018  11:46 

“Bakı Metropoliteni“ qış qrafikinə keçir





A+  A-

"Bakı Metropoliteni"nin sədri Zaur Hüseynovun əmri ilə sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənəcək.
XəzərNews.az xəbər verir ki, yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq.

Bakı metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Onu da xüsusi qeyd edək ki, qatarların "Bakmil" stansiyasından xəttə daxil olma və ya ”Nəriman Nərimanov” stansiyasından xətdən çıxarılıb, depoya yola salınma ərəfəsində "Ulduz-Həzi Aslanov" sahəsində interval fərqi bir qədər arta bilər.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.

Xəbər 1950 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +