Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


12.06.2017  13:57 

140 min müəllim diaqnostik qiymətləndirilmədən keçib





A+  A-

Təhsil Nazirliyi dərs ilinin yekunu olaraq bir çox mövzulara aydınlıq gətirib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu prosesi uğurla davam etdirilib.

Müəllimlərin işə qəbulu

Ötən 4 il ərzində hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb. Əgər bu rəqəm 2015-ci ildə 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Ümumilikdə isə müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı tədris ilində isə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul olunub.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi üzrə yeni Qaydalara əsasən, namizədin işə qəbul müsabiqəsi nəticəsində topladığı bal 1 il qüvvədə qalır və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. 2016-2017-ci tədris ili üçün keçirilmiş işə qəbulu müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018-ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi

2014-ci ildən Bakıda başlanılan diaqnostik qiymətləndirmə sonrakı üç il ərzində bütün ölkə coğrafiyasını əhatə edib.
Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır.

İxtisasartırma təhsili

İlk dəfə olaraq ixtisasartırma təhsilinin forma və məzmunu yeniləşdirilib. İxtisasartırma təlimləri ali və əlavə təhsil müəssisələri tərəfindən təşkil edilir müdavimlərin yekun qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılır. Yekun qiymətləndirmədən uğurla keçən müəllimlərə sertifikat verilir.
İxtisasartırma proqramlarının kataloqu hazırlanır. Kataloqlar müəllimlərin proqram seçiminə imkan verəcək.
2016-2017-ci tədris ilində 17 min nəfərə yaxın müəllim ixtisasartırma təhsilinə cəlb olunub.
500-dən çox bal toplayıb müəllim ixtisasını seçənlərin sayı 977 nəfər olub
2016-cı ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 977 nəfər olub. Bu isə ötən ilə nisbətdə 40 faiz artım deməkdir.
Ötən il ali təhsil müəssisələrinə rekord sayda tələbə qəbul olunub
2016-cı ildə ali təhsil müəssisələrinə bakalavriat üzrə 34.773 nəfər, magistratura üzrə 4.839 nəfər qəbul olunaraq ümumilikdə 39.612 şəxs tələbə və magistr adını qazanıb.

Xəbər 1793 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +