Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


03.09.2021  10:43 

Südəmər uşağı olan ana “Əks göstəriş sertifikat”ı ala bilmir





A+  A-

Bakı şəhər sakini Könül Orucova bir yaş yarımlıq südəmər körpəsi olduğu üçün vaksinlə bağlı “Əks göstəriş sertifikat”ı almaq istəsə də, günlərdir onu əldə edə bilmir. K. Orucova qeyd edir ki, arayış almaq üçün 15 saylı poliklinikaya müraciət etsə də, baş həkimin müavini Aytən Səmədova bir yaşdan yuxarı uşaqlara görə arayış vermədiklərini deyib.
Qeyd edilən məsələ sosial şəbəkədə analar arasında müzakirələrə səbəb olub. Onlar rəsmi qurumlar tərəfindən südəmər körpələr üçün yaş həddi ilə bağlı hər hansı açıqlamalar verilmədiyini qeyd edirlər. Bildirirlər ki, bu günlərdə Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov da canlı yayımların birində çıxış edərək 2 yaşa qədər ana südü ilə qidalanmanın uşaqlar üçün vacib olduğunu qeyd edib.

XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də sorğu göndərib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, uşaq həkimi ananın həqiqətən də körpəsini ana südü ilə qidalandırdığına dair arayışı təqdim etdikdən sonra vətəndaş o arayışı sahə həkiminə verir və sahə həkimi də Səhiyyə Nazirliyində yaradılmış xüsusi komissiyaya təqdim edir: “Bu məsələdə yaş həddi nəzərdə tutulmayıb”.

Xəbər 2779 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +