Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


06.03.2025  17:21 

Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?





A+  A-

Gecə-gündüz ancaq namus-qeyrətdən dəm vuran Azərbaycan kişisinin reallıqda üstün tutduğu ideal qadın obrazı əslində elə bu tip yüngül əxlaqlı məxluqlardır.

İctimai məkanlarda hamının gözü qarşısında başdan-ayağa saxta müğənniciyin başına fırlanıb, pul yağışına tutan bu kişilərin özləri elə cəmiyyətə belələrini etalon kimi sırıyır.

Sözsüz ki, dediklərimi ucdantutma hamıya aid etmək olmaz. Amma hər dəqiqəbaşı gördüyü belə ucuz mənzərədən başqa nəticə çıxara bilmir adam.

Vaxt edib, təkcə məni yox, cəmiyyəti ciddi düşündürən bu halla bağlı geniş bir yazıda içimi boşaldacam.

Belə kuklabədən, kuklabaş qadınlara qaz verən kişilərə qarşı ikrah hissimizi gizlətdikcə, xırda mübahisə zəminində həyat yoldaşını şil-küt edən, hər əziyyətinə qatlaşan arvadına qəpik-quruşu minnətlə qıyan, çöldə ayağının altını süpürən anası yaşda qadından ötrü bir manatından belə keçməyən bu kimi boynuyoğunları dışlamadıqca özümüz kimi, dəyərlərimiz də ayaqlar altında əziləcək!

Sevinc Paşayeva


Xəbər 1944 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +