Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


23.02.2021  12:39 

Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən 11 nəfərin prosesində insident yaşanıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə (lezva) qol damarlarını doğrayıb.

Daha sonra isə həmin şəxslər "lezva"nı boğazlarına dirəyərək dayanıblar. Hakim zaldan çıxıb və konvoy əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar.

Qeyd edək ki, bu iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham edilir.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

Xəbər 2204 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +