İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


13.05.2017  16:14 

Azərbaycan çempionları müəyyənləşdi





A+  A-

Azərbaycan Velosiped İdmanı Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatı keçirilib.
XəzərNews.az xəbər verir ki, yarışda Elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.

Gözlənildiyi kimi, medalları ölkəmizin "Synergy Baku" kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıb. 30 km məsafəyə fərdi ötüşmədə Elit yığma komandamzın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.

112 km məsafəyə qrup ötüşməsində isə Elit yığma komandamzın velosipedçisi, “Tour d’Azerbaidjan-2017” veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib - 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb - 3 saat, 4 dəqiqə, 29 saniyə. 2-ci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə 3-cülüklə kifayətlənib.

Xəbər 1509 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +