Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


09.06.2022  09:14 

Uşağın saçını yolan aşpaz CƏZALANDIRILDI





A+  A-

Şamaxıda bağçada keçirilən ad günü mərasimində tort kəsilərkən aşpaz uşaqlardan birinin saçından dartıb. Hadisə iyunun 2-də baş verib. Məsələ ilə bağlı əməkdaşlarımız bağçada olublar və təfərrüatları araşdırıblar.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə bağçada azyaşlı uşağın saçından çəkilməsi ilə bağlı video yayılıb..

Məlum olub ki, həmin video Şamaxı şəhər 3 saylı uşaq bağçasında adgünü tədbiri zamanı çəkilib. İddialara görə, uşağın saçından dartan həmin bağçanın aşpazı olub. O ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından tutaraq dartıb. Məsələ ilə bağlı əvvəlcə həmin bağçaya getdik. Məlum oldu ki, həmin görüntülərdə adı hallanan şəxs bağçanın aşpazı Sevinc Balakişiyevadır. Jurnalistlərə müsahibə verən həmin şəxs əməlindən peşiman olduğunu bildirib.

Çəkiliş zamanı azyaşlının valideyni də həmin bağçaya gəlib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri də bağçaya gəlib. Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasındakı həmin faktla bağlı münasibət bildirib.

Qeyd edək ki,həmin hadisə iyun ayının 2-də baş verib.

Xəbər 2266 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +