Xanlar Vəliyevi kim əvəz edə bilər?
Rusiya Sumı və Xarkova hücumu artırıb
Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı


08.02.2024  18:16 

Ararat Mirzoyan Hank Brauns Slott ilə görüşüb





A+  A-

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də Haaqada Niderland Krallığının xarici işlər naziri Hank Brauns Slott ilə görüşüb.

Xəzərnews.az xəbər verir ki, görüşdə Ermənistan-Hollandiya ikitərəfli gündəliyi və siyasi dialoqun genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan və Hollandiya xarici işlər nazirləri Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə Cənubi Qafqazda baş verən son hadisələr və ümumi təhlükəsizlik vəziyyətinə toxunulub.

Nazir Mirzoyan həmkarına Ermənistanın regionda sabitlik və sülhün bərqərar olması ilə bağlı baxışını təqdim edib. Sülh müqaviləsi layihəsinin hazırlanmasındakı irəliləyişlərə gəlincə, nazir Mirzoyan vurğulayıb ki, təkcə Ermənistanın deyil, Azərbaycanın da əsas məsələlərdə aydın öhdəliyə ehtiyacı var. Erməni nazir Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində Ermənistan tərəfi üçün fundamental prinsipləri, xüsusən də ərazi bütövlüyü və sərhədlərin bölünməzliyinə birmənalı hörmətin vacibliyini vurğulayıb.

Bölgədə nəqliyyat və iqtisadi marşrutların açılması və Ermənistan Respublikasının sülh gündəliyi kontekstində nazir Mirzoyan həmkarının diqqətini öz hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin əsasını təşkil edən prinsiplərə yönəldib.

Ermənistan və Niderlandın xarici işlər nazirləri fəal təmasları və müzakirələri davam etdirmək barədə razılığa gəliblər.// Yenisabah


Xəbər 995 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +