“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı


03.02.2021  15:37 

Lavrovdan Navalnı ilə bağlı Qərb ölkələrinə reaksiya





A+  A-

“Qərb ölkələrinin Aleksey Navalnı ilə əlaqədar başlatdığı isterik münasibətin dərəcəsi, hədləri aşır”.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniya xarici işlər naziri Ayman Hüseyn Abdullah əs-Səfadi ilə danışıqlardan sonra keçirdiyi ortaq mətbuat konfransında deyib.

“Təkcə Navalnı ilə bağlı deyil, Rusiyada baş verən bütün hadisələrə gəldikdə, Qərbdə bunlar xüsusi və birtərəfli şəkildə işıqlandırılır. Navalnının məhkəməsi ilə əlaqəli eşitdiyimiz isteriya hədləri aşır”, - deyə Lavrov bildirib.

XİN rəhbəri qeyd edib ki, Almaniya, Fransa, ABŞ və digər Qərb ölkələrində nümayişçilər avtomobil yoluna girdiyinə və ictimai nəqliyyatın normal işləməsinə mane olduqlarına görə ağır cərimələr və hətta uzun illər həbs cəzaları ilə üzləşirlər.

“Bizdə qanunsuz aksiya keçirənlərə hüquq-mühafizə əməkdaşlarımızın münasibəti ilə müqayisə olunduqda onlarda polis bu kimi hallarda daha sərt davranır”,- deyə nazir vurğulayıb.

Xatırladaq ki, fevralın 2-si Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik həbs cəzası ilə əvəz etmişdi. Navalnının həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində davam edəcək. Onun “İv Roşe” işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.

Xəbər 2104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +