İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


31.08.2019  11:06 

ABŞ İran tankerinə qarşı sanksiya tətbiq etdi





A+  A-

ABŞ Maliyyə Nazirliyi cari ilin iyulunda Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Böyük Britaniya hərbçiləri tərəfindən saxlanılan və daha sonra sərbəst buraxılan İranın “Adrian Darya 1” tankerinə qarşı sanksiya tətbiq edib.
XəzərNews.az-ın “Komsomolskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, “qara siyahı”ya tankerin kapitanı Axileş Kumar da salınıb.

““Adrian Darya 1" kimi gəmilər İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) düşmənçilik fəaliyyətinə dəstək vermək, bu mənada terrorizmi təbliğ etmək üçün maskalanmaq və qeyri-qanuni satmaq üçün onların böyük miqdarda neft yükləməsinə və nəql etməsinə imkan verir”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, tanker Suriyaya Panama bayrağı altında neft daşıyarkən saxlanılımışdı. Lakin o, sərbəst buraxıldıqda dənizdə fərqli adla İran bayrağı altında yol qət etmişdi.

Xəbər 1523 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +