Ukrayna üçün Qırmızı Xətt ABŞ-ın Sülh Planını Çətinləşdirir
SSRİ bayrağı ilə yürüşə cəhd edən İbrahim Əsədli kimdir?
“Ağrılı faciə: 7 yaşlı qızını itirən atanın ürəkdağlayan paylaşımı“
Rus ordusu Zaporojyenin 21 yaşayış məntəqəsinə zərbə endirib
ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar


17.06.2021  15:32 

Bu gün 1 şagird imtahana buraxılmadı





A+  A-

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar Bakı şəhərinin Binəqədi, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Qax, Quba, Samux, Şəmkir rayonlarında keçirilib.

Bu gün Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblər, Bakıda və Şəmkirdə yerləşən tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan veriblər. Çilov adasında yerləşəm məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahanlarda 102 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, nitq pozuntulu) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 1747 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 120 ümumi imtahan rəhbəri, 303 imtahan rəhbəri, 2211 nəzarətçi-müəllim, 240 buraxılışı rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 22698 şagirdin iştirakı nəzərdə tutulurdu. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər 3243 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +