Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


22.06.2018  11:21 

“Günnütə qayıdışdan danışmaq hələ tezdir” - Deputat





A+  A-

Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan MR Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.
26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına gedərək, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Bir neçə gün öncə isə Müdafiə Nazirliyi Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.

XəzərNews.az bildirir ki, Modern.az saytı Günnütlə bağlı son məlumatları öyrənməyə çalışıb. Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli saytımıza açıqlamasında insanların sevinc içində öz torpaqlarına qayıtmaq eşqinin olmasından danışıb. Xanım deputat sakinlərin gələckdə Günnütə köçürülməsi məsələsinə də toxunub.

“Hər bir günnütlü torpaqlarımızın 26 ildən sonra geri qaytarılmasına çox sevinir. Amma sakinlərin köçürülməsi barədə hələ nəsə deyə bilmərik. Çünki bu proqram çərçivəsində həll olunacaq məsələdir. Həllini tapan zaman mətbuata da bu barədə geniş açıqlama veriləcək. Deputat olaraq öncədən hansısa fikri səsləndirməyimiz doğru deyil.

Biz işğaldan azad edilmiş hansı torpaqlarımızı boş qoymuşuq ki?! Bu gün insanlar Cocuq Mərcanlıda necə firavan yaşayır! Biz Günnütə də gedib yaşayacacağıq. İnsanlar bilə-bilə ki, minalanmış sahələrdir, ora can atırlar. Təsəvvür edin: böyük maşın karvanı Günnütə yol aldı. İnsanlar dağılmış məzarları 26 ildən sonra ziyarət etdilər. Hər bir günnütlü neçə illər idi ki, vətən həsrəti ilə yaşayırdı. Sökülmüş qəbir daşlarını düzəltdilər. Quran oxundu, ehsan verildi. Bu da onu göstərir ki, insanlarımız torpağına sadiqdir. Deputatlıq missiyamdan əlavə, həm də məktəb direktoruyam. İnanın, hər bir məktəbli mütləq hərbçi olmaq barədə düşünür. Uşaqların da, gənclərin də vətənə, torpağa olan sevgisini gözlərindən oxumaq mümkündür”.



Xanım deputat bildirib ki, hər bir günnütlü dövlət başçısının verəcəyi qərara uyğun addım atacaq.

“Hazırda Naxçıvanda 100-dən artıq günnütlü ailə var. Dövlətimiz onlar üçün hər cür şəraiti olan evlər tikib. Otlaq sahələri var. Amma insanlarımız Günnütə köçmək arzusundadırlar. Bu gün günnütlülər Cocuq Mərcanlı sakinlərinin əhval-ruhiyyəsindədir. Sadəcə, dövlət başçımız nəyə qərar verəcəksə, biz də ona uyğun hərəkət edəcəyik”.

Xəbər 3500 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +