Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək


14.02.2017  11:41 

Azərbaycan cüdoçusu reytinq siyahısında 92 pillə irəlilədi





A+  A-


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

XəzərNews.az-ın məlumatına görə, Fransada keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən Azərbaycan idmançıları mövqelərini yaxşılaşdırıblar.

Belə ki, 60 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxan Orxan Səfərov reytinq siyahısında 1 pillə irəliləyib. Hazırda ikinci pillədə yer alan həmyerlimiz “Böyük Dəbilqə”də yarımfinalda uduzduğu Naohisa Takatodan (Yaponiya) geri qalıb.

Nicat Şıxəlizadə (66 kq) də mövqeyini yaxşılaşdırıb. Parisdən “bürünc”lə qayıdan cüdoçu 2 rəqibini qabaqlamaqla, 6-cı yerə yüksəlib.

Komandamızın digər mükafatçısı Hidayət Heydərov (73 kq) isə fantastik sıçrayışa nail olub. 3-cü yer uğrunda Olimpiya mükafatçımız Rüstəm Orucovu məğlub edən gənc idmançı nə az, nə çox – 92 pillə irəliləyib. Reytinq xalını 582-yə çatdıran həmyerlimiz 31-ci yerə qalxıb. Məğlubiyyətə baxmayaraq, Orucov yenə öz çəkisinin birincisidi.

Rüstəmdən fərqli, Parisdə ilk görüşdə uduzan Elmar Qasımov (100 kq) liderliyi təhvil verib. O, ikinci pilləyə enib. Həmçinin “Böyük dəbilqə”də məğlubiyyətə üzülən Elxan Məmmədovla (100 kq) Uşanqi Kokuari (+100) də geriləyib. 3 rəqibini özündən irəli buraxan dünya çempionumuz 12-ci, 4 pillə aşağı düşən Kokuari isə 20-ci yerə düşüb.

Digər aparıcı cüdoçularımıza gəlincə, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 1, Məhəmmədəli Mehdiyev (90 kq) 2 və Aişə Qurbanlı (48 kq) 3 pillə geriləyib. Onlar müvafiq olaraq, 18-ci, 49-cu, 22-ci və 44-cü yerdə qərarlaşıblar. 



Xəbər 2075 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +