Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.01.2020  14:42 

Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ





A+  A-

“Namizədlərə əmlaklarını qeyd etmələri barədə müraciət edilib. Bununla bağlı dairə seçki komissiyalarına irad bildirmək olmaz”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər:

“Məsələn, elə namizədlər var deyir, atasından qalan əmlak yadından çıxıb. Buna nə cür inanmaq olar?”

MSK sədrinin sözlərinə görə, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər nə üçün əmlaklarını göstərmədiklərinə dair tutarlı bir səbəb göstərmirlər:

“Adi bir səhvə görə onların namizədliklərini qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

Xəbər 2076 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +