Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.09.2017  12:45 

DYP: «Cəriməni ödəməyən piyadaları sərt cəzalar gözləyir»





A+  A-

“Xarici ölkələrə getməyə məhdudiyyət, əmlaka isə həbs qoyulacaq”
“İl ərzində 140 mindən çox piyada yolu keçmə qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunur. Onlardan çoxu il ərzində 4-5 dəfə eyni hərəkəti təkrar edir və cərimələnir. Bəlkə də arxayınlıq yaranır ki, qaydanı pozsam da, cərimə ödəmirəm. Amma icra strukturları tərəfindən qaydaları pozmuş piyadaların əmlakına həbs qoyulması, hətta xarici ölkələrə gedən zaman ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsi və s. kimi vasitələr var”.

XəzərNews.az xəbər verir ki, bunu avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib.

Onun sözlərində görə, cərimə olunan həmin şəxslər bilmədirlər ki, o cəriməni və üzərinə gəlmiş dəbbə pulunu ömrünün sonuna qədər ödəmək məcburiyyətindədir: “Yəni, kimsə bu cəriməni ödəmirsə elə bilməsin ki, batdı getdi və bir daha ondan tələb edilməyəcək. Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa onun cərimələri ondan alınacaq. Yaxud da onun hansısa əmlakına yönləndiriləcək. Bir gün həmin əmlakdan istifadə etmək istədikdə görəcək ki, əmlak artıq onun deyil, üzərində həbs var”.

Kamran Əliyevin fikrincə, cərimə və əmlaka həbsdən də vacib odur ki, piyada öz məsuliyyətini dərk etməlidir: “Əgər o nəzərdə tutulmayan yerdən keçirsə ilk növbədə həyatını riskə atmış olur. Ondan sonra düşünməlidir ki, bu hərəkətim cibimə ziyandır. Əlbəttə, cərimə ilə insan həyatı bir tutula bilməz”.

Xəbər 1868 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +