FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


03.04.2025  15:25 

Tarif Şurası anti-konstitutsion qurumdur - AÇIQLAMA





A+  A-

“Baş bəlası, büdcəyə aid məsələlərə qeyri-qanuni müdaxilələr edən, parlamentin funksiyasının bir qismini mənimsəyən, ona görə də anti-konstitutsion qurum olan Tarif Şurası, dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin yeni tariflərini müəyyən edib (saytlar bu addımı, “tənzimləyib”, kimi təqdim ediblər)”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb.

O, daha sonra əlavə edib:

“Tarif Şurası qərarı ilə bağlı o qədər bisavad açıqlama verib ki, insan şoka düşür:

“Tariflərin dərman vasitərlərinin qiymətlərinə təsiri gözlənilmir. Çünki farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinə görə tariflərin ödəyiciləri dərman vasitələrinin istehsalçıları və ya idxalçılarıdır”.

Siz insanları dolamısınız? Dərmanın istehsalçısı, və ya idxalçısı qonşusundan, əmisindən, dayısından pul alır və ödəyir rüsumları, tarifləri?! Təbii ki, ödənilən hər qəpik satılan dərmanın qiymətinin üzərinə gəlir də, deməli, sonda yenə istehlakçı, alıcı ödəyir! Tarif Şurası daxil olmaqla rəsmi qurumlar birdəfəlk anlasınlar ki, istənilən rüsum-vergi-tarifin SON ÖDƏYİCİSİ vətəndaşdır!

Ölkə dərmana olan təlabatının 94-95%-i xaricdən ödəyir, idxal edir, buna görə utanmaqdansa, satışına ƏDV, qeydiyyatına isə əlavə tariflər gətirib qiymətləri daha da bahalaşdırırlar”.

Xəbər 2472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +