FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


02.04.2025  12:17 

Baxışımdan od al, isin!





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Payızdan çıxıb gəlmisən,
Yağıb, islanıb nəfəsin!
Qış yanağdan şaxta öpür,
Baxışımdan od al, isin!

Hava kimi, lap su kimi
Gəl, səni alım içimə!
Baş qarışıb yol salmağa,
Çölüm pintidi, incimə!

Səliqəmi qəm dağıdıb,
Həsrət bağlayıb yaramı!
Gözü bağlı keçir ömür,
Aç gözünü, görsün hamı!

Səni qışda qarşıladım,
İlk bahara yol göstərəm.
Doğulandan ev tikənəm,
Səni göydələn istərəm!

Payızdan qış sovqatımı,
Sevgi gətir, dərman kimi!
Sənlə ömür sürməyimi,
Qəbul edim, fərman kimi!

Payızdan çıxıb gəlmisən,
Yağıb, islanıb nəfəsin!
Qış yanağdan şaxta öpür,
Baxışımdan od al, isin!





Xəbər 2702 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +