Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


04.04.2025  10:53 

Türkiyəyə yalvaran Ermənistanı İran silahlandırmaq istəyir - Politoloq





A+  A-

“Aşağı növ fars millətçisi, İranın Ermənistandakı səfiri və onun ardınca SEPAH-ın Ermənistanla əlaqələr üzrə kuratoru Puya Hüseyni yenidən İran-Ermənistan əlaqələrindən, Ermənistan üzərində ABŞ-İran əməkdaşlığından və İranın Ermənistana hərbi dəstək verməsindən danışdılar. Diqqət çəkən məntiqsizlik İranın Ermənistanı hərbiləşdirmək niyyətidir. İran Ermənistana yalvarır ki, silahımı, hərbi gücümü qəbul et”.

Bu barədə aşıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

O, qeyd edib ki, İran Hindistanın silahını Ermənistana ötürür:

“Başqa tranzit variantı mümkün deyil. İran hətta Fransanın da silahını Ermənistana ötürməyə hazır idi. İndi artıq Fransa o gücdə deyil və ya Aİ-dəki proseslər ayrı istiqamətdədir”.

Politoloq qeyd edib ki, ucuz, aşağı növ fars millətçiləri ancaq azərbaycanlıları söymək, təhqir etməklə məşğuldurlar:

“Əlbəttə İranın Ali rəhbərinin oğlu və nəvələrinin borcu azərbaycanlı etnosunu təhqir edənlərə cavab verməkdir. Çünki aşağı növ fars millətçiləri artıq azərbaycanlını söyməyi, xüsusilə ali rəhbərin kontekstindən baxdıqda onun məxsus olduğu etnosu söyməyi adi məişət səviyyəsinə çatdırıblar”.

M.Əhmədoğluq qeyd edib ki, Ermənistan Qərbə doğru gedir və bunun da ən rahat yolu Gürcüstan deyil, məhz Türkiyədir:

“Çünki Gürcüstan yolunda Rusiya çox sayda maneçilik edə bilər, amma Türkiyə yolunda bu yoxdur. Fikir vermisinizsə, Azərbaycanla sülh müqaviləsinin mətnini uzadan N.Paşinyan həmişə Türkiyəyə münasibətləri normallaşdırmağa, sərhədləri açmağa yalvarırdı. İran bunu görmürdü. Səfir M.Sübhaninin bildirdiyinə görə, fars və erməni eyni millətdir. Bəli, eyni millətdir. Fars Ermənistana, erməni də farsa kələk gəlmək istəyir. Belə görünür ki, farsı təmsil edənlər hədsiz savadsız, aşağı növ insanlar olduğuna görə erməni bu kələkdə onları udacaq”.


Xəbər 1424 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +