Yanğında həyətdə olan maşınlar da yanıb
“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb
Fərid Əhmədov generalı özünə müşavir təyin edib
Şərurlu İsfəndiyarın oğlu həbs edilib
Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu


01.02.2025  12:51 

Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ





A+  A-

Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onlayn kreditlərə məhdudiyyətin tətbiq edilməsi ehtimalını aktuallaşdırıb.

XəzərNews.az Xəzər TV-yə istinadən məlumat verir ki, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, baş verən hadisələr onu deməyə əsas verir ki, bankların informasiya təhlükəsizliyi sistemi qənaətbəxş deyil.

Eskpert bu məsələdə mövcud olan və dilə gətirilməyən digər təhlükəsizlik problemlərini də qeyd edib.

Millət vəkili Vüqar Bayramov da problemdən çıxış yolunu əhalinin rəqəmsal bankçılıqla bağlı maarifləndirilməsində və bankların təhlükəsizlik tədbirlərini gücləndirməsində görür.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qeyd olunan halların qarşısının alınması və risklərin azaldılması istiqamətində Mərkəzi Bank tərəfindən ötən il "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası" təsdiq edilib. Qaydanın şərtlərinə əsasən, mobil bankçılıq hesabında qeydiyyat və ya giriş zamanı, habelə müxtəlif əməliyyatlar aparan zaman banklar, fintexlər və digər təşkilatlar tərəfindən 2 təhlükəsizlik faktorundan ibarət verifikasiya elementləri istifadə edilməlidir. Assosiasiyadan o da bildirilib ki, hazırda əksər banklarda 2 faktorlu autentifikasiya elementlərinin tətbiqi ilə bağlı işlərə başlanılıb. Bir neçə bankda isə qeyd olunan qaydalardan irəli gələn tələblər artıq yerinə yetirilib.

Mərkəzi Bankdan isə qeyd edilib ki, bu qurum tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Ötən dövr ərzində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanaraq KİV-də yayımlanıb, o cümlədən bütün banklara tapşırıqlar verilib. Bu il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda orta hesabla əhalinin 46%-i bank hesabına sahibdir və bu göstərici artmaqda davam edir.

Ətraflı süjetdə:




Xəbər 1902 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +