Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı


01.05.2017  10:29 

“O axundu moizə oxumağa buraxmaq olmaz” - Komitə sədri





A+  A-

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Mingəçevirdəki Heydər məscidinin axundu Hacı Ələmdarın “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikrinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, millət vəkili “Yeni Müsavat”a müsahibəsində deyib ki, bu tamamilə səhv düşüncədir, nə Quranda, nə başqa yerdə belə qayda yoxdur: “Şəriətdə belə bir məsələ var ki, əgər kimsə həyat yoldaşını hərtərəfli təmin edə bilirsə, onda razılıq əsasında digəri ilə də evlənə bilər. Amma Azərbaycanda bu məsələlər qəti şəkildə qadağandır. Biz dünyəvi dövlətik. O baxımdan “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunları qəbul edəndə də bir məsələni xüsusi vurğulamışdıq ki, xaricdə təhsil alıb gələnlər ordakı yaşam, düşüncə tərzini, adət-ənənələri də özü ilə gətirir. Gənc yaşlarında kimsə gedir başqa ölkəyə, 6-8 il orda yaşayır, oranın qanunları əsasında fəaliyyət göstərir, təhsillə yanaşı, ordakı adətlər də ona sirayət edir. Həmin şəxs də çalışır qayıtdıqdan sonra öyrədə biləcəyi təhsil, oxuyacağı ayinlərlə yanaşı, həmin adət tərzini, yaşam tərzini burdakı cəmiyyətə yeritsin. O baxımdan da biz qanuna belə bir düzəliş etdik ki, xaricdə təhsil alıb Azərbaycana qayıdan şəxslər Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən də razılaşdırıldıqdan sonra müxtəlif dini ayinləri həyata keçirməsi üçün təyin oluna bilər. Əgər dediyiniz şəxs bu cür düşüncə tərzinə malikdirsə, onu nə ictimaiyyət arasına, nə də məscidə moizə oxumağa buraxmaq olmaz. Təbii ki, müvafiq attestasiya keçirilməlidir və yəqin onunla bağlı müvafiq ölçü götürüləcək”.

Xəbər 1929 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +