Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


19.07.2018  11:37 

İsrail növbəti millətçi qanun qəbul etdi





A+  A-

İsrail parlamentinin qəbul etdiyi milliyyətçi xarakterli konstitusiya qanunu ölkədə etirazlara səbəb olub.
XəzərNews.az “Ria Novosti”yə istinadən xəbər verir ki, yeni qanun İsraili “yəhudi millətinin milli evi elan edir” və yalnız ivrit dili dövlət dili elan olunur.

Ərəb dili isə hələ ki, formal olaraq xüsusi statusda qalır.

“Bu İsrail dövləti və sionizm tarixində xüsusi bir andır. Biz qanunda varlığımızın əsas prinsipini təsbit etdik: İsrail – bütün vətəndaşlarının fərdi hüquqlarına hörmət edən, yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir” – baş nazir Binyamin Netanyahu bildirib.

Parlamentdə bu qanunun lehinə 120 deputatdan 62-si səs verib. 55 deputat əleyhinə səs verdiyi halda, 2 deputat səs verməkdən imtina edib. Səsvermə zamanı parlamentin ərəb millət vəkilləri bu qanunun əleyhinə səs verməklə qalmayıb elə səsvermə zamanı qanun layihəsinin vərəqlərini cırıblar.

Sağ qanadlı düşərgənin qanunvericilik təşəbbüsünə qarşı ərəblərlə yanaşı, sol və mərkəzçi sionist partiyaları səs veriblər.

Qeyd edək ki, hələ müzakirəyə çıxmamışdan əvvəl ciddi etirazlara səsə olan qanun layihəsindən bir neçə ciddi mübahisəli məsələlər çıxarılıb. Onların içərisində ən çox etirazlara səbəb olan məsələlər: yalnız yəhudilərin yaşayacağı yaşayış məntəqələrinin yaradılması və məhkəmə sistemləri üçün yəhudi ənənə prinsiplərinin əsas götürülməsi olub.

Xəbər 1516 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +