Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi


02.12.2021  09:00 

Diplomatik yalan...





A+  A-

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçiliyinə qarşı çıxaraq bildirdi ki, guya Rusiya bu münaqişədə tərəf deyil.

Ancaq M.Zaxarovanın bu açıqlaması səmimiyyətdən və reallıqdan tamamilə uzaqdır. Əslində Zaxarovanın heç özü də uydurduğu bu yalana inanmır.

Tam tərsinə, Rusiya bu münaqişənin iki əsas tərəfindən biridir. "DNR" və "LNR" adlı qondarma "respublika"lar sadəcə Rusiyanın özünün "icad"ıdır və Rusiya adlı qosqoca dövlət bu qondarma dövlətciklərin arxasında gizlənərək illərdi ki, qonşu Ukraynaya qarşı hibrid müharibə aparır. Lazım gələndə isə həmin qondarma "respublika"ları Ukrayna ilə münaqişədə tərəf kimi təqdim etməyə çalışır. Elə M.Zaxarovanın açıqlamasından da bunu sezmək mümkündür.

O, Türkiyənin Donbasdakı vəziyyətlə bağlı Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təklifinə münasibət bildirərkən deyib ki, Ukraynanın daxilində olan problemlə bağlı Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz.

Sitat:

“Rusiya bu münaqişədə tərəf deyil. Artıq bu, Kiyevin Donbasla olan problemidir. Ona görə də, burada Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçiliyindən söhbət gedə bilməz. Bununla belə, biz Türkiyə tərəfinə, xüsusi ilə də prezidentinə təşəkkürümüzü bildiririk. Ancaq Ankara Kiyevi Donbasa qarşı aqressiv fəaliyyət planınından çəkindirə bilər”.

Maraqlıdır ki, özü "Normandiya dördlüyü"nə (Donbasdakı böhranın çözülməsi üzrə Almaniya-Fransa-Rusiya-Ukrayna formatı) tərəf kimi qatılan Moskva nədənsə, Türkiyənin vasitəçilik təklifi ilə çıxış etməsindən sonra münaqişənin tərəfi kimi təqdim edilməkdən boyun qaçırır.

Çünki Türkiyənin vasitəçilik təklifi Rusiyanın geosiyasi maraqlarına uyğun görülmür. Ona görə də, M.Zaxarova belə bir ibarəbazlıqla, söz oyunu ilə həqiqətin üstünü malalamağa çalışıb.

Biraz daha açıq mətnlə desək, bunun adı Türkiyənin təklifindən dolayısı yolla, diplomatik şəkildə imtina etmək deməkdir.

Bəybala Mirzəyev

Xəbər 5415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +