“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


20.11.2018  12:49 

Kral ailəsi şahzadəni taxtından etmək üçün hərəkətə keçdi





A+  A-

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvləri şahzadə Məhəmməd bin Salman əl Saudun varis olmasına etiraz ediblər.
XəzərNews.az xəbər verir ki, bu barədə Reuters üç mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb şahzadənin adının jurnalist Camal Kaşıkçının qətlində hallanmasıdır.

Məlumata görə, onlarla şahzadə və Salmanın əmisi oğlanları vəliəhd şahzadənin taxta çıxmasına mane olmağa hazırlaşır. Lakin atası, 82 yaşlı Salman bin Əbdüləziz əl Saud sağ olduğu müddətcə bunu reallaşdırmaq mümkün olmayacaq.

Mənbələrdən birinin sözlərinə görə, kral ailəsi kralın yeganə qardaşı, şahzadə Əhmədə dəstək olmaq niyyətindədir. ABŞ-ın yüksək vəzifəli məmurları da vəliəhd kimi onun namizədliyi leyhinə çıxış ediblər.

Mənbə bildirib ki, vəliəhd şahzadəyə qarşı bu münasibət təkcə jurnalistin qətli ilə bağlı deyil, bura Məhəmməd Salmanın Rusiyadan silah alması da daxildir.

Qeyd edək ki, Avropanın əksər monarx ölkələrində olduğu kimi, Səudiyyə Ərəbistanında taxt atadan böyük oğula keçmir. Varisi kral və ailənin yaşlı üzvləri seçirlər.

Xəbər 1582 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +