Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


27.12.2018  17:24 

Bakıda 3 restoran BAĞLANDI





A+  A-

Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil.
XəzərNews.az xəbər verir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

V.Kərimovun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq bildirişi göndərilib: "Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi.

Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Ancaq artıq 474 iaşə obyektindən 307-də təmizləyici qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".

Nazirlik rəsmisi əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə məhkəməyə müraciət edib. 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də qeyd edib ki, şadlıq saraylarının sahibləri milyonlarla manat xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər.


Xəbər 1459 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +