Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


14.08.2023  16:20 

“Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı





A+  A-

Artıq “Nar” abunəçiləri NaviMax tətbiqi ilə izlənmə funksiyası mümkün olan istənilən cihazın GPS izləmə vasitəsi ilə yerinə, hərəkətinə, qət etdiyi məsafəyə və digər göstəricilərinə minimum ödənişlə nəzarət edə bilərlər. Aylıq 1 AZN abunəlik haqqı ilə yaxınlarınızın olduğu məkanı həm real vaxtda, həm də oflayn rejimdə izləyib onların təhlükəsizliyini təmin edə bilərsiniz.

XəzərNews.az xəbər verir ki, xidmətə qoşulmaq üçün ilk olaraq, “App Store” və ya “Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr siyahısından Azərbaycanı seçərək qeydiyyatdan keçirsiniz.

Daha sonra telefonunuza gələn birdəfəlik şifrəni daxil edərək GPS icazəsini aktivləşdirməklə qeydiyyatı tamamlamış olursunuz.

Qeyd edək ki, abunəçilər xidməti 3 gün pulsuz istifadə edib test edə bilərlər. NaviMax xidməti haqqında ətraflı məlumatı nar.az/navimax səhifəsindən əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbər 1014 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +