Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


11.08.2023  18:06 

Səlim Müslümovun məhkəməsi təxirə salındı





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda istintaqın yeniləndiyi elan olunub.

Hakim Faiq Qəniyev deyib ki, məhkəmə tərkibinə daxil olan hakim İlham Mahmudovun təqaüdə çıxması ilə bağlı belə qərar qəbul edilib.

Sabiq nazirin vəkili Toğrul Vəliyev vəsatət qaldıraraq iş üzrə digər vəkil Ayxan Rüstəmzadənin iştirak etmədiyinə görə prosesin təxirə salınmasını xahiş edib.
Növbəti iclas 16 avqusta təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib.

İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb.

Xəbər 1048 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +