“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


22.12.2021  12:18 

Metroda faciə - iki əməkdaşı bir gündə öldü





A+  A-

Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi, 1959-cu il təvəllüdlü Babaşxan Baxışov işə gələrkən ürək tutmasından vəfat edib

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistlə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, B.Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.

"Xüsusən yollarda ağac şpalkarın dəmir-beton bloklarla əvəz edilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında B.Baxışvun rolu və xidməti böyükdür", - deyə B.Məmmədov qeyd edib.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.

Xəbər 1716 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +