Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


09.02.2021  16:34 

Azərbaycan Kürlə bağlı Gürcüstanla danışıqlar aparır





A+  A-

“Kür çayının suyunun bölünməsi ilə bağlı Azərbaycanla Gürcüstan arasında danışıqlar aparılır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, Araz çayı ilə, “Araz” su anbarı ilə bağlı İranla hələ Sovet dövründən müqavilə imzalanıb. 2016-cı ildə Xudafərin və Qız qalası su qovşaqları ilə bağlı saziş imzalanıb. Lakin Kür çayının suyunun bölünməsi ilə bağlı Gürcüstanla əməkdaşlığımız sona yetirilməyib.

“Hazırda həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Xarici İşlər Nazirliyi tərəfindən bu məsələ ilə bağlı danışıqlar aparılır. Həmçinin Türkiyə tərəfi ilə də danışıqlar aparılır. Biz istəyirik ki, su sahəsində də saziş imzalansın. Gürcüstanla Kür çayının suyunun bölünməsi ilə bağlı danışıqları yekunlaşdıraq, həmçinin Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”.

Xəbər 1895 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +