Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.06.2020  16:21 

Azərbaycanda qalan 12 qazaxıstanlı yola salınıb





A+  A-

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 12 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 40 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
XəzərNews.az-ın "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən verdiyi məlumata görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Merkuri 1” və “Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, bu ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 90 Qazaxıstan vətəndaşı və 65 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Xəbər 2184 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +