Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.06.2020  14:11 

Əl yükünün daşınması qaydaları dəyişdi





A+  A-

Təyyarə salonuna yalnız qadın çantasının və ya kişi portfelinin götürülməsinə icazə verilir.
XəzərNews.az xəbər verir ki, AZAL COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.

Yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.

Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir.

Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.

Həmçinin "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xəbər 1989 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +