Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.06.2020  13:10 

Tofiq Yaqublunun həbs müddəti uzadıldı





A+  A-

Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun həbsdə qalma müddəti uzadılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, istintaqın onun barəsində həbs qətimkan tədbirinin müddətinin artırılması barədə təqdimatı məhkəmə tərəfindən təmin edilib. T.Yaqublunun həbsdə qalma müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

Xəbər 1924 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +