Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.12.2019  14:26 

2020-ci ildən milyonlarla istifadəçinin “WhatsApp”ı işləməyəcək





A+  A-

2020-ci ildən milyonlarla qurğu “WhatsApp” mesencerini dəstəkləməyəcək.
XəzərNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu sıraya əsasən iOS 8 “iPhone”, həmçinin 2.3.7 “Android” və ya daha köhnə versiyalı operativ sistemə malik qurğular daxildir. Onların sahibləri 2020-ci il fevralın 1-dən etibarən “WhatsApp” mesencerindən istifadə edə bilməyəcək.

Mesencer, həmçinin 2019-cu il dekabrın 31-dən “Windows Phone” operativ sistemli qurğularda da çalışmayacaq.

“Apple” kompaniyası noyabr ayında geoloji lokasiya və məlumatların sinxronlaşması servislərinin düzgün işləməsi üçün 2012-ci il və daha öncə buraxılmış qurğuların yenilənməsinin vacibliyi barədə istifadəçiləri xəbərdar etmişdi. Proqram təminatı versiyasını yeniləməyən istifadəçilər “App Store” mağazası, “bulud saxlancı”, “iCloud” elektron poçtu və bir sıra digər proqramlardan istifadə edə bilməyəcək. Həmçinin bu qurğularda təqvim və vaxt da düzgün göstərilməyəcək.

Xəbər 1332 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +