Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.12.2017  12:08 

Din xadimləri maaş alacaqlar





A+  A-

"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar".
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: "Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar".

Komitə sədri bildirib ki, əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var: "Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, fond yanvar ayından fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".

Xəbər 1567 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +