Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.11.2017  16:09 

Bu sözlərin yazılışı dəyişilə bilər - Siyahı





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, institutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub.

İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır.

Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib.

İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa sssamitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -“iyyət” şəkilçisinin yazıda “-iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində “ilə” qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb.

Qeyd edilən təkliflər ilkin müzakirədə irəli sürülüb. Orfoqrafiya qaydaları haqqında müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, 1 noyabr 2017-ci ildə AMEA Rəyasət Heyəti “Yeni Orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq Orfoqrafiya komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik M. Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20 nəfərə qədər ziyalı, dilçi alim daxildir.

Xəbər 1548 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +