Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.11.2017  13:27 

Sabahın HAVA PROQNZU açıqlandı





A+  A-

Bakıda və Abşeron yarımadasında noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 9-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Xəbər 1247 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +