Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


30.10.2017  12:23 

Bakı sakini oğurluq etdiyi evə illər sonra basqın etdi





A+  A-

Oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar.
Bu barədə XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər –Səyavuş Səfiyev və Kamal Fərhadov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü K.Fərhadovun bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq edib. K.Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı S.Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələ rayonunda isə oğurluq cinayəti törətdiyi müəyyən edilib.

Qeyd edək ki, dəstə üzvləri basqın etdikləri evlərə daxil olmaq üçün zərərçəkənlərə özlərini qonşu kimi təqdim ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPi müraciət edə bilərlər.

Xəbər 1654 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +