Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


01.05.2017  10:37 

Avtomobillərə qoyulan qadağa ləğv edildi





A+  A-

Bu gündən başlayaraq avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib.
XəzərNews.az xəbər verir ki, bunu "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, yalnız standartlara uyğun olan pərdə və jalüzlərdən istifadə etməyə icazə verilir: "Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən pərdə və jalüzlərin istifadəsinə icazə verilib. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin istifadəsindən gedir. Təbii ki, tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və küstar üsulla hazırlanan pərdə, jalüz, pulyonkalar inzibati məsuliyyət yaradır".

Xəbər 1763 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +